Binəqədi "sentr"adlanan ərazidə inşa olunan bina, nəzarətsiz qalıb,desək bəlkədə yanılarıq,çünki bu yükün altında çox əllər var ki,nəzarətlə bağlı aidiyyatı orqanları kor olmağa məcbur edir.Fəhlənin təhlükəsizliyini təmin edən kəmər,kaska və s. vasitələr burda bir o qədər rol oynamır,sahibkarın bir məqsədi var, tikinti qısa vaxt ərzində yekunlaşsın.
Telexeber.az a vətəndaş haqlı olaraq müraciət edib ki,həyatımız təhlükədədir. Bu qanunsuzluğu çəkin, işıqlandırın ki,bəlkə FHN nin tikintiyə nəzarət şöbəsi fotoları görüb gözlərinə işıq gəlsin və bədbəxt hadisə baş verməmişdən öncə qanuna müvafiq qaydada hər hansı bir tədbir görsünlər.
Əsas yolun düz kənarında inşa olunan binadan ehtiyatsızlıqdan atılan qırın-qırtı və müxtəlif tikinti materiallarının yola,avtomobillərin və piyadaların üzərinə düşməsin deyə setqa-çəpərdə çəkilməyib.
Aidiyyatı qurumların nəzarətsiz buraxdığı tikintidən biz sizə gündəlik məlumat verəciyik.
Bizi izləməyə davam edin.