Yevlax görüşündə 3 maraqlı detal diqqət çəkdi - FOTO
- 22.09.2023, 08:53,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Yevlaxda Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüş başa çatdı.
Telexeber.az bildirir ki, görüşlə bağlı diqqətçəkən 3 məqam mövcuddur. Birincisi, görüşün keçirildiyi otaqda yalnız Azərbaycan bayrağı və gerbi var idi.
İkincisi, görüşdə Qarabağın erməni icmasını təmsil edən qondarma “deputat” David Melkumyan və Sergey Martirosyanın pencəyində separaçıların “bayrağı” əks edilmiş yaxa sancağı yox idi. Üçüncüsü, görüşdə Rusiya sülhməramlılarını təmsil edən heç kim iştirak etmədi.
Bu göstərir ki, rəsmi Bakı görüş zamanı siyasi mesaj ola biləcək bütün detalları nəzərə alıb və öz üstünlüyünü ortaya qoyub.