Ərdoğan Təhlükəsizlik Şurası ilə Qarabağı müzakirə edəcək
- 28.09.2023, 09:15,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin Milli Təhlükəsizlik Şurası sabah prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclas keçirəcək.
Telexeber.az TRT-yə istinadən xəbər verir ki, toplantıda milli təhlükəsizlik məsələləri müzakirə olunacaq.
İclas zamanı Azərbaycanın antiterror tədbirləri də müzakirə olunacaq. Prezident Ərdoğanın ABŞ-da BMT Baş Assambleyasının 78-ci iclasından sonra keçiriləcək toplantıda Azərbaycanın Qarabağda uğurla başa vurduğu antiterror tədbirlərinin və regional hadisələrin müzakirə ediləcəyi gözlənilir.