David Babayan təslim olmaq üçün Şuşaya gəlir
- 28.09.2023, 10:27,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Separatçı rejimin saxta prezident müşaviri David Babayan təslim olacağını bildirib.
Telexeber.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında məlumat verib. O qeyd edib ki, bu gün Xankəndidən Şuşaya gedəcək:
"Bu qərar narahatlıq və stress yaradacaq, amma əminəm ki, məni anlayacaqlar. Mənim yoxluğum və ya daha pisi, qaçmağım, bizim millətimizə ciddi ziyan vuracaq".