"Səfirlər Şuşaya getməyənə qədər tədbirlərə çağırılmasınlar"
- 12.07.2021, 09:33,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşaya getməmələrinə münasibət bildirib.
Telexeber.az xəbər verir ki, T.Zülfüqarov bu barədə sosial şəbəkədə yazıb:
"Minsk qrupu, nəhayət, öldü. Hər üç səfir rəsmi və ictimai təcridə məruz qoyulmalıdır. Səfirlər Şuşaya getməyənə qədər həm onlar hansısa tədbirə çağırılmasın, həm də onların tədbirlərə dəvəti qəbul edilməsin. Bu qaydanı pozan hər kəs mediada tənqid olunmalıdır".