Paşinyandan qondarma rejimlə bağlı gözlənilməz etiraf

“Son 3 ildə Ermənistan “Dağlıq Qarabağ”a 1 milyard dollardan çox vəsait ayırıb”.

Telexeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışı zamanı deyib.


Qondarma rejimə siyasi dəstək də verdiyini açıqlayan Paşinyan, separatçıların özünümüdafiə imkanlarında heç bir çatışmazlıq olmadığını bəyan edib.

Paşinyan “Bəli, mən bildirdim ki, Qarabağın mülki əhalisi üçün birbaşa təhlükə yoxdur” deməklə həm də Azərbaycanın lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhalini və obyektləri hədəf almadığını etiraf etmiş olub.
Популярный ролик