Paşinyandan gözlənilməz addım: Bu gün elan edə bilər

Paşinyandan gözlənilməz addım: Bu gün elan edə bilərErmənistanın Baş naziri Nikol Paşinyan istefa verməyə hazırlaşır.

Telexeber.az xəbər verir ki, yerli “Past.am” qəzeti belə iddia ilə çıxış edib. İddialara görə, hökumət başçısı qərarını bu gün və ya sabah elan edə bilər. Bildirilir ki, Paşinyan istefa verərək, növbədənkənar seçkilərə getmək niyyətindədir. Növbədənkənar seçkilər isə may ayında baş tuta bilər.
Qeyd edək ki, ordu rəhbərliyi ölkədəki gərginliyi nəzərə alaraq, Paşinyanı istefaya səsləmişdi. Hökumət başçısı parlamentdəki sonuncu çıxışı zamanı müxalifətlə razılıq əldə olunacağı təqdirdə istefa verməyə hazır olduğunu ifadə edib.
Популярный ролик