Beynəlxaq Jurnalistlər Şurası Fransadan açıqlama tələb edir

Dünyanın 64 ölkəsində təmsilçisi olan Beynəlxalq Jurnalistlər Şurasının Xarici Media Məclisi Fransada azərbaycanlı jurnalist Aygün Həsənovanın təzyiqlərə məruz qalması ilə bağlı etiraz bəyanatı yayıb.

Telexeber.az "Report"a istinadən xəbər verir ki, Qurumun Xarici Media Məclsinin sədri Elşad Eyvazlı media təmsilçisinə qarşı belə bir davranışı kəskin şəkildə qınadıqlarını bildirib.


“Biz jurnalistlərə qarşı hər cür təzyiq və zorakılığı pisləyirik. Ötən gün Azərbaycanın rəsmi media qurumu AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovaya qarşı olan təzyiqlərə görə Fransa hökumətindən açıqlama istəyirik", - o əlavə edib.

E.Eyvazlı vurğulayıb ki, Fransada qeydə alınmış jurnalistin peşəkar fəaliyyətinə maneə olmaq halı beynəlxalq hüquq və azadlıqların pozulmasıdır:

"Dünyanın siyasi mərkəzlərindən birində belə hal baş verirsə, bu, bütün dünyadakı jurnalistləri məyus edir. Heç bir əsas göstərmədən jurnalistin polis bölməsində saxlanılaraq ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq”.
Популярный ролик