Azərbaycanda seçicilərin sayı artıb
- 20.12.2023, 13:01,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanda seçicilərin sayı artıb.
Telexeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə məlumat verib.
Onun sözlərinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi diqqət mərkəzində olub: "Hazırda seçicilərin ümumi sayı 6 milyon 354 min 556 nəfər təşkil edir".
“Dünyasını dəyişmiş şəxslərin adlarının seçici siyahılarında qalması yolverilməzdir. Bununla bağlı iş aparılır. Şəhidlərimizin də siyahısı MSK-ya təqdim olunub. Biz çalışmalıyıq ki, dünyasını dəyişmiş şəxslərin adları seçici siyahılarında olmasın”, - PA rəsmisi bildirib.