Seçkilər beynəlxalq ictimaiyyət üçün açıqdır - Məzahir Pənahov

Azərbaycanda seçkilər beynəlxalq ictimaiyyət üçün açıqdır.

Telexeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi müşavirədə MSK sədri Məzahir Pənahov deyib.


MSK sədri bildirib ki, növbədənkənar prezident seçkiləri dövründə Mərkəzi Seçki Komissiyasının əsas vəzifələrindən biri də məsuliyyəti olan dövlət orqanları ilə birlikdə tədbirin keçirilməsidir: "İndiyə qədər keçirilən seçkilərdə bu vəzifənin öhdəsindən gəliblər. MSK tərəfindən prezident seçkiləri ilə bağlı lazımi addımlar atılır. Ölkədə prezident seçkilərinin keçirilməsi ilə bağlı heç bir problem yoxdur. Təbii ki, seçki şəffaf keçirilməlidir. Şəffaf keçirilməyən seçki dünyada qəbul olunmur. Bizdə yerli müşahidəçi baxımından məhdudiyyət yoxdur”.

Məzahir Pənahov bildirib ki, bütün beynəlxalq ictimaiyyət üçün bizim seçkilər açıqdır: “Bütün dünyada bunların hamısından üstün qəbul edilən siyasi iradədir. Ölkə rəhbərliyinin siyasi iradəsi yoxdursa, onda digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi mümkün olmur. Beynəlxalq tədbirlərdə artıq bizi nümunə göstərirlər. Seçki dairələrin hamısı üçün yüksək səviyyədə binalar tikilib”.
Популярный ролик