Azərbaycan XİN Kamil Zeynallının Rusiyada saxlanılması məsələsini nəzarətə götürüb
- 21.02.2024, 10:29,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanlı fitnes ustası Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.
Bu barədə Telexeber.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir.
Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.