Mingəçevir Dövlət Universiteti (MDU) nin birtərəfli tələbkarlığından tələbələr haqlı olaraq narazıçılıq edirlər.
- 18.03.2024, 09:58,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkəmizin dördüncü ən böyük şəhərində yerləşən Mingəçevir Dövlət Universiteti (MDU) yüksək ixtisaslı mütəxəssis hazırlamaq və gəncləri hərtərəfli inkişaf etdirmək missiyasını həyata keçirən ali təhsil müəssisəsidir.Milli ali təhsil məkanında mövqeyini daha da gücləndirməyi və regional innovasiya ekosisteminin drayverinə çevrilməyi hədəfləyən MDU-də 2023 cü ildən bəri çox dəyişikliklər baş verib.Məhs bu dəyişikliklər sayəsində tələbələr haqlı olaraq narazıçılıq edir,haqsızlıqlarla heçcürə uyğunlaşa bilmirlər.Etibarlı mənbədən əldə etdiyimiz məlumata əsasən onu qeyd edə bilərik ki,illik ödənişlərlə bağlı tələbələrimiz çox incidilir,qeyd olunan tarixdə,saatda tələbə illik ödənişini ödəməsə, həmin saniyə tələbə Universitetdən rədd edilir.
Ancaq tələbələr onuda qeyd edir ki, 2023 cü ildən, keçən illərə nəzər yetirsək bizim ödənişlərlə bağlı heç bir problemimiz olmayıb və heçkəsdə bizə il ərzində ödənişlər üçün dəqiq,məcburedici vaxt qoymayıb.
Bucür tələbkarlığına görə Rektor Şahin Bayramov un diqqətinə çatdırmaq istəyirik ki,tələbədən necə və hansı qanunla vaxt qoyub illik ödənişini məcburi şəkildə tələb edirsənsə,o tələbkarlıqlada tələbələrin stipendiyasını vaxtı vaxtında ödə ki,hərkəs səni təlabkar müəllim (rektor) kimi tanısın.Yox, bu ayın stipendiyasını gələn ay ödəyirsənsə və tələbədən illik ödənişlərdə vaxta güzəşət etmirsənsə bax onda tələbə haqlı olaraq sizdən və müəllim kolleqtivindən inciyəcək (küsəcək).
Məsələni diqqətimizdə saxlayacağıq və qarşı tərəfin də bu məsələ ilə bağlı mövqeyini işıqlandırmağa hazırıq.