Bakının Binəqdi rayonu, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri balıq ovuna çıxıb.
- 01.05.2024, 16:58,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Binəqədi rayon 3 cü mədən ərazisində yaşayan vətəndaş Telexeber.az a müraciət edərək bildirib ki,hərkəsin qapısını döyüb bildiriş paylayırlar və bu bildiriş hamı kimi bizədə təqdim edilib.Kağız parçasında qeyd edilən bildiriş xəbərdar ediləcək dərəcədə dərc olunub ki,vergi məcəlləsinin 59.1 ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə,ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin (59.1) 0.1%-i məbləğində faiz tutulur.
Əmlak və topağa görə olan borclarınızı göstərilən müddətdə ödəməsəniz inzibati qaydada məhkəməyə müraciət olunaraq sizə qarşı aidyyatı üzrə iddia qaldırılacaq.
Vətəndaş onuda qeyd edir ki, bildirişin üzərində Binəqədi qəsəbə bələdiyyəsinin sədri R.İsayevin möhürü və imzası,əlaqə üçün vegi şöbəsinin müfəttişi Əliyeva Vüsalə xanımın mobil nömrəsi və Binəqədi qəsəbə bələdiyyəsinin poçt hesabı mövcutdur.
Qanuna müvafiq qaydada onu qeyd edə bilərik ki,əgər evinizin,torpağınızın sizə aid heçbir dövlət sənəti yoxdursa kimlərinsə cibini boş yerə doldurmayın.
Bu müraciətin üzərində araşdırmamız davam edir.