Qəza ilə bağlı İsraildən İLK AÇIQLAMA
- 20.05.2024, 13:48,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"İran prezidenti İbrahim Rəisinin həlak olduğu helikopter qəzası ilə İsrailin əlaqəsi yoxdur".
Telexeber.az bildirir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan İsrail rəsmisinə istinadən məlumat yayıb.
"Bunun bizimlə əlaqəsi yoxdur", - deyə rəsmi bildirib.
Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub. Qəzada həlak olanların nəşləri Təbrizə göndərilib. Axtarış əməliyyatları dayandırılıb.