Elza Seyidcahan deputatlığa namizədliyini verdi

Əməkdar artist Elza Seyidcahan sentyabrın 1-də növbədənkənar parlament seçkilərində 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürəcək.

Telexeber.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Əməkdar artistin özü məlumat yayıb. O deyib:
"Allahın köməyi ilə millət vəkili olmaq üçün namizədliyimi irəli sürmüşəm. 2 dəfə parlament seçkilərində iştirak etmişəm. Bu il yəqin ki, millət vəkili ola biləcəm. Çünki o zaman gəzirdim, indi isə uçuram. Deputat olsam, təklif edəcəm ki, Fəxri Xiyabana mikrofon çəkilsin, gecə-gündüz dəfn edilənlərin əsərləri səslənsin. "Ç" hərfinə "c" hərfi deyən müəllimlər təcili işdən çıxarılsın. Bayağı oxuyan müğənnilər efirə buraxılmasın. Azərbaycan qrammatikasının düzgün bilməyən aparıcılar efirdən uzaqlaşdırılsın".

Xatırladaq ki, Elza Seyidcahan 2015 və 2020-ci illərdə parlament seçkilərinə qatılılıb.
Популярный ролик