Rusiyadakı azərbaycanlıların ölkəyə buraxılma vaxtı müəyyənləşdi
- 02.04.2020, 10:34,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı açıqlanıb.
Telexeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində məlumat verilib.
“COVID-19-un bölgədə geniş yayılması səbəbi ilə müvəqqəti olaraq, Rusiyadan Azərbaycana səfər edən Azərbaycan vətəndaşlarının 31 Mart tarixindən “Samur” – “Yaraq Qazmalar” sərhəd buraxılış məntəqəsindən keçidi həftənin şənbə günləri müəyyən olunmuş vaxtda təmin ediləcək”, - deyə XİN-in məlumatında qeyd olunub.