Mövqelərimiz atəşə tutuldu
- 28.08.2024, 12:39,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.
Telexeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.