Saat 12:00-a olan seçici fəallığı açıqlandı
- 01.09.2024, 13:10,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
Telexeber.az xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
İndiyədək seçicilərin 20,39 faizi (1 milyon 309 min 522 ) səsvermə hüququndan istifadə edib.
O vurğulayıb ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.