Beyləqan Yol İdarəsinin oliqarx müdiri yolların təmiri üçün icra başçısından xahiş gözləyir.
- 19.10.2024, 10:14,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Beyləqan sakinlərinin yol idarə müdiri Füzuli Quliyevə yolların təmiri ilə əlaqəli etdikləri müraciət qalmaqala səbəb olub.Sosial şəbəkədə Beyləqanın və sakinlərin əsas problemini işıqlandırıb həlli üçün gündəmə gətirən bloger Vasif Fətiyev bildirir:
-Müraciətimiz və xahişimiz əsnasında bəlli oldu ki,Beyləqanda yolların təmiri ilə bağlı yaranmış problemlərin Füzuli Quliyevə heçbir adiyyatı yoxdu,Füzuli ağa bildirir ki,bu barədə şəhər sovetinə müraciət edin.Sakinlərin yol ilə bağlı problemini sosial şəbəkədə işıqlandırdıqdan sonra Füzuli ağa onuda mənə (bloger Vasif Fətiyev) bildirib ki,burnunu həryerə soxma.Füzuli Quliyev bildirib ki,Beyləqan rayon icra başçısı Əziz müəllim xahiş etdi və xahişin əsnasında 5 mərtəbənin qabağını düzəltdim.Görünür Beyləqan Yol İdarəsinin oliqarx müdiri yolların təmiri üçün icra başçısından xahiş gözləyir.
Çatana çatan,çatmayana daş atan Füzuli ağanın xahişlə işləməsi kimlərə nə üçün gərəklidir?
Diqqətinizə çatdırım ki,Telexeber.az bloger Vasif Fətiyevin sosial şəbəkədə verdiyi informasiyaya istinadən bu xəbəri dərc etdi.
Gələn buraxılışımızda bu məsələni daha geniş müzakirə edəcəyik.