Bakıda tuneldə batanlar çörək paylayırmış - TƏFƏRRÜAT
- 23.10.2024, 08:31,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində boğularaq ölən iki nəfər “Bakıxanov Çörək Zavodu”nun işçiləri olublar.
Telexeber.az tribunainfo.az-a istinadən xəbər verir ki, zavodun işçiləri sübh 5-də çörək paylamaq üçün çıxıblar. Güman edilir ki, qaranlıq və yağış olduğu üçün tunelə suyun dolduğunu görməyiblər.
Qeyd edək ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digərinin axtarışı davam edir.