"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" idarəsi, rüşvət bataqlığında boğulan"Protean Conctrudtion"-a arxalıq edir.
- 23.10.2024, 11:39,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhəri, Binəqədi rayon ərazisində içməli su xəttinin çəkilişi "Protean Conctrudtion" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilib.Diqqətinizə çatdırım ki, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Bakının Binəqədi qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderin qalibi "Protean Conctrudtion" olub və buna görə şirkətə təxminən 12,9 milyon manat ödənilib.
Şirkətlə bağlı apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, “Protean Construction” "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" -nin elan etdiyi əksər tenderlərin qalibi olub.Bu qədər tenderlərin qalibi olan, əhəmiyyətli layihələrdə iştirak edən və dövlətdən külli miqdarda vəsait alan şirkətin kimə məxsus olması hələ də qaranlıqdır.
Qalib olduğu tenderdən qazandığı milyonlarla pul bəs etməmiş kimi,kirlənmiş əlini kasıb sakinlərin də cibinə uzatmağı özünə ar bilmədi.Binəqədi rayon 1 ci mədən ərazisində içməli su xəttinin çəkilişi zamanı 3 sakindən yığılan 450 manat rüşvətin qaranlıq taleyinə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədri belə açıqlama vermişdir:
- Bildiririk ki,podratçı təşkilat "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin tabeliyində olmadığına görə müraciətiniz üzrə araşdırma aparılması xidmətin səlahiyyətləri xaricindədir, imza Köçərli Həsənov.
Hörmətli idarə rəhbərliyi və məsul şəxslər, Bakının Binəqədi qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan edilən açıq tenderdə qalib etdiyiniz podratçı təşkilat "Protean Conctrudtion" nun pis əməllərini örtbasdır etmək məqsədi ilə mənə cavab olaraq ünvaldığınız məktubla razılaşmıram.Əgər məsələ aidiatı üzrə orqanlarda araşdırılacaqsa, bunu məsuliyyətli rəhbər olaraq siz müraciət etməlisiniz.Çünki tendirin qalibi etdiyiniz podratçı təşkilat sizin işi hansısa müqavilə əsnasında görür.İşin keyfiyyətinə biz qarışmırıq,ancaq rüşvətxor "Protean Conctrudtion" nu tender qalibi siz etdiyinizə görə bu məsələnin həllidə sizin əlinizdədir.Mən xahiş etmirəm,zərər çəkmiş olaraq tələb edirəm ki,haqsız yerə bizdən yığılan rüşvət geri qaytarılsın.