Bəzi internet saytlarında Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Elvin Baxışov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elvin Baxışovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elvin Baxışov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Təbiətin füsunkar neməti olan meşələr sağlamlıqdır, gözəllikdir və hər bir ölkənin sərvətidir. Buna görə də meşələrin mühafizə olunması, qorunması çoх vacibdir. Eyni zamanda, ağac əkməklə yalnız hansısa bir qurumun məşğul olmasını gözləmək doğru deyil. Hər kəs ağac əkməklə öz ailəsinin, övladlarının, ölkəsinin gələcəyi üçün çalışa bilər. Bu postulatlar meşə resursları çox olmayan Azərbacan üçün də keçərlidir.
Bütün aşkarlanmış faktlarla bağlı aktlar tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün rokurorluq orqanlarına göndərilib.
Müşahidələr, məlumatların təhlili belə qənaətə gəlməyə əsas verir ki, son bir ildə Quba RMTB-nin nəzarətində olan meşələrdə qanunsuz ağac tədarükü və digər meşəqırmalarının qarşısının alınması, bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman və digər texniki bitkilər) səmərəli istifadənin təşkili, meşələrin bərpası üçün yeni əkinçilik sisteminin təlabatlarına cavab verən tez böyüyən meşə plantasiyalarının salınması, meşələrin fitosanitar vəziyyətinin müəyyən edilməsi, müxtəlif xəstəlik və ziyanvericilərdən mühafizə edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Haqlı bir sual ortaya çıxır: Son bir ildə nə baş vermişdir ki, qeyd etdiyimiz müsbət tendensiyaları gücləndirmişdir? Əlbəttə, bu barədə fikirləşəndə ilk ağıla gələn hadisə keçən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin düşərli kadr siyasəti həyata keçirərək etimad göstərdiyi Elvin Baxışovun Quba Regional Meşə Təsərürfatı Mərkəzinə irəli çəkilməsidir ki, bu da sahədə bir çox təqdirəlayiq işlərə başlanğıc verdi.
Xatırladaq ki, E.Baxışov sahənin yüksək ixtisaslı, peşəkar, gənc və perspektivli mütəxəssislərindəndir. E.Baxışovun səriştəli rəhbərliyi sayəsində Mərkəz meşə fondunun qorunub mühafizə olunması və bərpası sahəsində tədbirlərin həyata keçirilməsini təmin etmək və meşələrin mühafizəsi sahəsində qanunvericiliyə riayət olunmasına nəzarəti həyata keçirmək; meşə fondundan səmərəli və məqsədyönlü istifadənin təmin olunması, meşələrin torpaq qoruyucu, susaxlayıcı, mühit tənzimedici, sanitar gigiyenik və digər faydalı funksiyalarının artırılması istiqamətində tədbirlər görmək; ətraf mühit üçün xüsusi əhəmiyyəti olan elmi, mədəni və rekreasiya məqsədli, təbiət komplekslərinin və obyektlərinin, bioloji müxtəlifliyin, eləcə də Dövlət meşə fondunda yayılmış faunanın növlərinin qorunub mühafizə edilməsini təmin etmək, meşə təsərrüfatının aparılmasının səmərəliliyinin artırılmasına nail olmaq, Meşə Mühafizəsi və Bərpası Müəssisələri, habelə fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan istifadə olunması qaydalarına, eləcə də Azərbaycan Respublikasının meşə qanunvericiliyinin digər tələblərinə riayət olunmasına nəzarəti həyata keçirmək, meşə fondunun qorunub mühafizə olunması və bərpasına dair normativ – hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim etmək, meşələrin yanğından və meşə pozuntularından qorunmasını, zərərvericilərdən və xəstəliklərdən mühafizəsini təşkil etmək kimi və başqa vəzifələrinin öhdəsindən layiqincə gəlir.
Meşələrdən, meşədən kənar ərazilərdən və meşəparklarından, yüksək genetik xüsusiyyətlərə malik, meşəəmələgətirici cinslərdən müsbət və elit ağac və ağaclıqların seleksiya əsasında seçilməsi, onlardan toxumların tədarükü, uçotu, analiz olunub yoxlanılması, eləcə də onların saxlanılması, nəqli və mübadiləsi peşəkarcasına təşkil olunur.
Mərkəz tərəfindən meşə təsərrüfatı tədbirlərinin aparılmasına dair statistika və daxili hesabatlar vaxtında və dolğun tərtib olunmasına xüsusi diqqət yetirilir. Meşə Mühafizəsi və Bərpası Müəssisələri tərəfindən bütün meşə təsərrüfatı tədbirlərinin aparılmasına daxili nəzarət ciddiliklə həyata keçirilir.
Son illər ölkəmizdə jurnalistlərin fəaliyyətlərinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması, media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılması yönündə görülən işləri təqdir edirik. Bütün bunalara rəğmən, hələ də öz peşə fəaliyyətində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməyən “jurnalistlər” vardır və təəssüf ki, Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov da zaman-zaman elələrinin qarayaxmalarına məruz qalır. Doğrudur, Elvin müəllim elələrinin səviyyəsinə enmir, yoxsa, məhkəmə yolu ilə onların cəzalanmasına asanlıqla nail ola bilər. Bilir ki, elin gözü tərəzidir, cəmiyyət kimin kim olduğunu çox yaxşı bilir.
Gənc və perspektivli kadrlardan olan Elvin Baxışova fəaliyyətində uğurlar arzulayırıq və bu qənaətdəyik ki, onun əməyi dövlətimiz tərəfindən daha yüksək qiymətləndirilməyə layiqdir.