Mərkəzi Bank rəhbərliyində iki yeni təyinat
- 06.02.2025, 11:02,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub.
Telexeber.az AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.
Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.
Həmçinin Vüsal Cavanşir oğlu Qurbanov fevralın 3-dən AMB-nin baş direktoru təyin edilib. O, buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.