Saatlının icra başçısının köməkçisi bələdiyyə seçkilərinə necə müdaxilə etdi?


Saatlı rayon icra başçısının köməkçisi Əzizov Ruhid Seyidəzim oğlu 2025-ci il yanvarın 29-da keçirilən seçkilərdə xalqın səsi ilə yox məhz maddi maraqlara görə,yəni sifariş əsnasında Sənan adlı şəxsi Mollavəzili kəndinə bələdiyyə üzvü seçilməsində əlindən gələni əsr gəlmədi.Diqqətə çatdıraq ki,Sənanın heçbir ali təhsili yoxdur,iş fəaliyyəti avtomobil elektirik ustasıdır.Araşdırmamıza görə qeyd etmək istərdik ki,Mollavəzili kəndinə bələdiyyə üzvlüyünə 4 namizəd saatlı rayon YAP sı tərəfindən qeydə alınmışdır,onlardan 3 ü ali savadlıdır.Bir səf üç düzə qalib gəldi,yaxşı- məqsəd nəidi?
Bəlkə Bağırov Elmir Məmməd oğlunun (cənab başçının) və Struktur bölmənin vəzifəli şəxsləri avtomobil elektirikinə ehtiyacı olub,bu ehtiyacı birdəfəlik qarşılanması üçün belə qərara gəlinib ki,Sənanı Mollavəzili kəndinə üzv seçək.Bu seçim mənə Azərbaycan filmindən Böyük Dayağı xatırlatdı "Rüstəm bəy Şirzadı özünə müavin seçmək istəyir ancaq Salman seçilir " nə demək istədiyimi filmi izləyən bilər.
Mollavəzili kəndində olduq,etirazı olan hərkəsi bir bir dinlədik.Sakinlər qeyd edir ki,ümumiyyətlə biz Sənana səs verməmişik.Bizə elektirik yox, kəndlinin qeydinə qalan ali savadli,mərhəmətli,böyük kiçik yeri bilən,işinə can yandıran bələdiyyə üzvü lazım idi.Ancaq Cənab başçı bizim istəklərimizi nəzərə almayaraq Əzizov Ruhidin əli ilə bu işə müdaxilə etdi.Buda nəticə,elektirik Sənan sifarişlə kəndin bələdiyyə üzvü seçildi.
Cənab başçı biz inanmırıq ki,bu işdən sizin xəbəriniz olsun ancaq Ruhid Əzizov istəklərinə nail oldu.
Gələn səhifəmizdə daha ətraflı müzakirə ediləcək,bizi izləməyə davam edin.
Популярный ролик