İşdən qovulan qalmaqallı direktor kimdir - FOTO
- 04.03.2025, 10:43,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Xəbər verdiyimiz kimi, ad gününə alınan hədiyyəni bəyənmədiyi üçün müəllimləri təhqir edən Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi, 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoy vəzifəsindən azad edilib.
Telexeber.az axar.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetininin Filologiya (ingilis dili) fakültəsini bitirib. 2005-2022-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışıb.
2009-cu il tarixindən Yeni Azərbaycan Partiyasının üzvüdür.
L.İlhamsoy 2021-ci ildə YÜKSƏLİŞ müsabiqəsində, 2022-ci ildə “Məktəb liderliyi" proqramının təlimlərində iştirak etməsini avtobioqrafiyasına daxil edib.
Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq 2022-ci il tarixindən Bakı şəhəri Pirallahı rayonu N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdu.