Hava limanlarımız vurulmalıymış - Arayikdən etiraf
- 04.03.2025, 10:52,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

“Həmin gün (2 oktyabr 2000-ci il-red) Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirmək barədə qərar qəbul olunmuşdu”.
Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycana qarşı çoxsaylı cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşı Arayik Harutyunyan məhkəmədə ifadəsində deyib.
O, əsas hədəflərin Azərbaycanın hava limanları olduğunu açıqlayıb:
“Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o mənə dedi ki, bəli, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarabağ tərəfindən endirilir”.