Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası,10000 tibb maskasını Azərbaycana hədiyyə etmişdir
- 30.04.2020, 08:18,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunlarını özündə birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, təşkilatın üzvlərinin vəsaitləri hesabına alınmış 10000 tibb maskasını Azərbaycana hədiyyə etmişdir. Maskalar ölkəmizin Vyetnamdakı Səfirliyinə 28 aprel 2020-ci il tarixində təqdim edilmişdir.
Bununla bağlı təşkil olunmuş tədbirdə Səfirliyin heyəti, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının rəhbərliyi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Vyetnam Sosialist Respublikası Milli Assambleyasının (Parlament) deputatı, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Sədri Nghiem Vu Khai rəsmi Hanoyun Azərbaycan ilə Vyetnam arasında münasibətlərin bütün spektri üzrə əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli dərəcədə önəm verdiyini xüsusi vurğulamışdır. Həmçinin Nghiem Vu Khai səmimi dostluq münasibətlərimizin inkişafında xalq diplomatiyasının müstəsna rol oynadığını bildirmişdir. Bu xüsusda o ötən əsrin ikinci yarısında onunla yanaşı minlərlə vyetnamlının yüksək tədris standartlarına malik Azərbaycan təhsil ocaqlarının məzunu olaraq ölkəmizin bu günkü sürətli və hərtərəfli inkişafından böyük sevinc hissi keçirdiyini razılıq hissi ilə qeyd etmişdir. Çıxışı əsnasında 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüş Nghiem Vu Khai təhsil aldıqları illər zamanı onlara Azərbaycan Hökumətinin etdiyi köməkliyə və xalqımızın nümayiş etdirdiyi qonaqpərvərliyə görə dərin təşəkkürünü izhar edərək sadalananların Vyetnam xalqınınyaddaşında əbədi həkk olunduğunu söyləmişdir.
Govid - 19 pandemiyasının dünyanın bütün dövlətlərinə problem yaratdığını bildirəm Nghiem Vu Khai yaranmış vəziyyətdə rəhbərlik etdiyi Vyetnam - Azərbaycan Dostluq Assosiasiyasının üzvlərinin özlərinin ikinci vətəni hesab etdikləri Azərbaycana yardım etmək arzularını ifadə etdiklərini və topladıkları vəsaitə alınmış tibb maskalarını Azərbaycana hədiyyə edərək ölkəmizə öz sevgi və etiramlarını bir daha nümayış etdiklərini vurğulamışdır. Onun fikrincə məhz çətin günlərdə hər iki ölkə və xalqın nümayiş etdirdiyi xeyirxahlıq münasibətlərimizin daha da möhkəmləndirilməsinə xidmət edir.
Daha sonra çıxış edən səfir Anar İmanov son illər ərzində Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında zəngin tarixi keçmişə əsaslanan səmimi dostluq əlaqələrin sürətlə və hərtərəfli şəkildə inkişaf etdiyini məmnunluqla bildirərək Vyetnam Prezidenti Ho Chi Minhin 1959-cu ildə Azərbaycana və müasir dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərləri ilə bu münasibətlərin möhkəm təməlinin qoyulduğunu xüsusi vurğulamışdır. Həmçinin səfir əlaqələrin müasir tarixindən bəhs edərək 18-19 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfərinin ölkələr arasındakı münasibətlər tarixində yeni səhfə açdığını və əlaqələrin bütün sahələr üzrə inkişafına güclü təkan verdiyini bildirdmişdir. Eyni zamanda A.İmanov 13-15 may 2015-ci il tarixlərində Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olduğunu və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə münbit şərait yaratdığını əlavə etmişdir.
Eyni zamanda A.İmanov Səfirliyimizin 10 oktyabr 2015-ci ildə Hanoy şəhərində yaradılmış Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası ilə sıx əməkdaşlıq apardığını, birgə bir sıra münüm tədbir keçirdiyini bildirmişdir. Daha sonra səfir COVID-19 koronavirus infeksiyasının sürətlə yayılması ilə bağlı bütün dünya ölkələrinin keçdiyi mürəkkəb dövrdə yalnız birgə əməkdaşlıq nəticəsində bu pandemiyanın üzərində qələbənin qazanılmasının mümkünlüyünü xüsusi vurğulamışdır. A.İmanov Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası tərəfindən tibb maskalarının təqdim edildiyinə görə qarşı tərəfə dərin təşəkkürünü bildirmişdir. Səfir bu addımın Azərbaycan təhsil ocaqlarının Vyetnamlı məzunlarının ölkəmizə nə qədər bağlı olduğunun, necə səmimi şəkildə sevdiyinin və eyni zamanda Azərbaycan və Vyetnam xalqları arasındakı həqiqi dostluğun göstəricisi olduğunu vurğulamışdır. Səfir xalqlarımız və dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.