"Onlar tam gücü ilə işləyir" - İlham Əliyev
- 04.04.2025, 10:55,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

İndi Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP həmin bu dəhlizin 3 ayrılmaz hissəsidir.
Telexeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında bildirib.
“Onlar tam iş gücündə işləyir və biz onları genişləndirməliyik”, - deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. “Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”, - deyə Prezident vurğulayıb.