Nazirlikdə struktur dəyişikliyi: Yeni şöbələr yaradıldı

Nazirlikdə struktur dəyişikliyi: Yeni şöbələr yaradıldıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda dəyişikliklər olub.

Telexeber.az xəbər verir ki, iki şöbənin əsasında Təhlil və strateji planlaşdırma şöbəsi yaradılıb.
Şöbəyə Sadiq Əliyev müdir təyin olunub.

Ümumi şöbənin bazasında isə Vətəndaşların qəbulu şöbəsi və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi yaradılıb.

Həmin şöbələrin müdiri vəzifələrini Arif Əliyev və Günel Nəsibova icra edəcək.

Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinə isə Rəşad Dayıyev təyin edilib. O, bu vaxta qədər Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini olub.

Məlumatı nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən təsdiqləyiblər.

Qeyd edək ki, bununla bağlı ilk xəbəri “Bakupost.az” saytı yayıb.
Популярный ролик