
Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində, 1 ci mədən adlanan ərazidə yerləşən məhəllələrdə özbaşına su xətlərinə qoşulma faktlarına göz yumulur.Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğluna tərəfimizdən fakt əsasında məlumat ötürülüb.Faktın əsaslığını nəzərə almayan Ceyhun müəllim bu haqda Telexeber.az xəbər portalında işıqlanan (dərc edilən) xəbər paylaşımında hərif səhfi tutaraq bizə irad bildirdi.Atalar belə yerdə yaxşı söz deyib, öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır.




Ceyhun Musaoğlu bu fotoları fakt kimi qəbul etməsədə,qanunvericilikdə qeyd olunub ki,su xətlərindən sayğacsız istifadə etmək qadağandır.
Binəqədi sukanal idarəsində rüşvətxorluq baş alıb gedir.Çıxarışı olmayan evlərə,torpaqlara 1500,1800 manat rüşvət müqavilində su xətti kodlaşdırılıb satılır.İndi bizi bir sualın cavabı maraqlandırır,niyə və nə üçün sənədsiz çıxarışsız evlərə su xətləri ayrılıb?
Əslində bu sualın bizim üçün 1 cavabı var,xətt ona görə ayrılıb ki,gələcəkdə ola bilsin yuxarıda qeyd edilmiş məbləği ödəməkdə vətəndaşın gücü.imkanı çatsın.Bu halda idarənin əməkdaşları heçbir qazıntı işi aparmadan vətəndaşa qanunsuz şəkildə ayrılmış su xəttinə sayğac qurlaşdırımasında əziyyət çəkməsinlər.Əlbəttə buda öz rahatlıqları üçündü.
Mövzu ilə əlaqəli qarşı tərəfi dinləməyə və fikirlərini dərc etməyə hazırıq.Ümüvarıq ki,qeyd edilən suala doğru.dürüst cavab verəcəklər.
Mən bu faktları cəmi 1 saat vaxt itirməklə əldə etdim,irəliləyən günlərdə Binəqədi sukanal idarəsində rüşvətxorluqla əlaqəli bütün faktları əldə edərək oxucuların diqqətinə çatdıracam.
Diqqətə çatdırım ki,Binəqədi sukanal idarəsinin rəhbəri Mehdi müəllim- əsasən qanunsuz ev tikən maklerlərlə iş görür.
Bizi izləyin, növbəti xəbərdə daha mühüm faktları diqqətə çatdıracağıq.