
Ötən hər gün, hər saat təkcə vaxt ölçüsü deyil, ömürdən-gündən keçən anlardır. Bu anların qədrini bilmək, bu anları dopdolu yaşamaq, vətənin əsl vətəndaşı olmaq asan deyilmiş.
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. O vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
İnsan ömrü bir yola bənzəyir. Bütün dövrlərdə müdrik insanlar olub. Müdrik insanlara ən çətin dəqiqələrdə müraciət etmək olar. Onlarla dünya daha parlaq, daha maraqlı olur. O, danışanda problemlər sanki öz-özünə əriyərək yoxa çıxır. Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir. Belə böyük şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər.

Belə parlaq, müdrik şəxsiyyətlərdən biri Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin direktoru Nuranə Quliyevadır.
Quliyeva Nuranə Aslan qızı Bakı Musiqi Akademiyasının fortopiano şöbəsini bitirib.
Nuranə xanım Quluyeva Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
İllər keçəcək, nəsillər bir-birini əvəz edəcək ancaq yaxşı əməl sahibi olan Nuranə xanım Quliyeva kimi insanlar heç vaxt unudulmayacaq.