Mingəçevir şəhər Kür çayının üzəri zəpt olunub restoranlar,obiyektlər açılır.Bir vaxtlar şəhər sakinlərinin,şəhərə istirahət məqsədi ilə üz tutan qonaqların və həmçinin turistlərin rahat nəfəs alacağı,dincələcəyi kür sahili indi işbazların əlində gəlir mənbəyinə çevrilib.Adiyyatı qurumlarda bu problemi görməzdən gəlirlər,görünür ki pul,rüşvət bu cür işlərdə ən önəmli həll yoludur və işbazlar bu yoldan səmərəli istifadə edib rahatçılıqla kürün ortasında restoran açırlar.Mingəçevir şəhər icra hakimiyyətinin mətbuat xidməti,Azər müəllimi dinlədik.O bildirdi ki,cənab başçıda bu problemlə mübarizə aparır,ancaq görünür aparılan mübarizənin bir faydası yoxdur.Əgər şəhərdə bucür özbaşınalıq höküm sürəcəksə onda icra sturukturu nəyə və kimə lazımdır.Görünür burdada bir maraq var ki,aparılan mübarizələrə qarşı işlər yenədə davam edir.Şəhərin görnüşünü eybəcər hala gətirən kafelərin,restoranların qanunsuz tikilişinə hansı qurum dur deyəcək? Telexeber.az ın araşdırması nəticəsində məlum oldu ki, Nazirlər Kabineti 25 sentyabr 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra yerüstü su obyektləri üzrə nəzarəti yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) həyata keçirəcək. İndiyə qədər bu işi həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), eləcə də Fövqəladə Hallar Nazirliyi görürdü.
Həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququ da ETSN-dən alınaraq ADSEA-ya verilib.
Deməli bu biyabırçılığa dur deyəcək yeganə qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) -dir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə əlaqə saxladıq,problemlə bağlı verəcəyimiz sualı ağzımızda qoyub dəstəyi asdılar. Yaranmış utanc verici problemlə bağlı qaşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.