Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağ xələt altında görülən kirli işlər.



2003-cü ildən Bərdə Rayon Mərkəzi Xəstəxanasında həkim kimi əmək fəaliyyətinə başlayan V.Məmmədov 2013-cü ildən Bərdə Müalicə Diaqnostika Mərkəzində cərrah işləyib.(TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlının imzaladığı əmrə əsasən Vüsal Məmmədov Bərdə Rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib.Bundan əvvəl rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində işləyən Nizami Mehdizadə işində verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmişdir.
Bərdə Rayon Mərkəzi Xəstəxanasında beş ildir ki,direktor vəzifəliyini icra edən Vüsal Məmmədovun ağ xalat altında gördükləri bütün kirli işlər bir bir üzə çıxır.
Bərdə rayon sakini Bağırova Yeganə Kamal qızı Telexeber.az a müraciət edərək üzləşdiyi haqsızlıqlardan danışdı.

"TƏBİB idarə heyətinin yarandığı gündən RMX da uşaq cərrahiyə şöbəsində həkim kimi fəaliyyət göstərirdim.Mart ayının 9 da Vüsal Məmmədovun qanunsuz olaraq,məcburi pul yığımına etiraz etdim.Mənim bu etirazım neçə illik işimi alt üst etdi və məni keçirdilər ailə sağlamlıq mərkəzinə.Şikayət etdim,müraciətlər etdim mənə bildirdilər ki,rezervə keç səni işinə yenidən bərpa edəcəyik.
Rüşvətə etirazım mənim işimi günü gündən geri saldı və sonda məni xəstəxanaya buraxmadılar.Bu məsələnin araşdırılması üçün adiyyatı orqanlara müraciət etmişəm,hal hazırda rayon prokrorluğu bu işi araşdırır.Fakt sübut olaraq əlimdə səs yazıları var və bu işlə bağlı mövcud olan səs yazılarının sahibləri dindirilib.Lakin olarda tapşırığa uyğun olaraq səs yazılarını inkar edirlər,baş qaldırıb mənim günümə düşməkdən qorxurlar.
Səsləri qeydə alınan şəxslər ərizələrində qeyd ediblər ki,qeyd olunan pul yığımı dağa,bağa getmək üçündür (mart ayında).
Xəstəxanada mövcud durum ondan ibarətdir ki,haqsızlıq baş alıb gedir,100,50 manatdan həkimlərdən haqsız yerə pul yığılır.Mütamadi olaraq hər şeyə pul yığırlar,məs bu pul yığımlarının sayəsində Vüsal Məmmədov bu gün oliqarx həkim hayatı yaşayır."
61 yaşlı və 40 ilə yaxın həkimlik hayatında xidməti (stajı) olan Bağırova Yeganə Kamal qızı bu gün çarəsiz bir vəziyyətdə işinnən kənarlaşdırırlıb.Məqsəd bəllidir,bu cür haqsızlığa baş qaldıran həkimlərin kökünü xəstəxanadan kəsməkdir ki,yayılmasın.Başqalarınada dərs olsun ki,Vüsal Məmmədov a qarşı çıxan hərkəsi bunadan da betər cəza gözləyir."

Əvvəlcə böhtandı dedik inanmadıq,fikirləşdik ki,Bərdə Rayon Mərkəzi Xəstəxanasında beş ildir ki,direktor vəzifəliyini icra edən Vüsal Məmmədov ağ xələtinə ləkə gətirməz.Ancaq gözümüzü açan bəzi məqamlar,faktlar oldu və həqiqətləri gördük.Sən demə ağ xələtin altından kirli işlər görülürmüş.Ümüdvarıq ki,adiyatı qurumlar bu şikayəti qanuna müvafiq qaydada araşdıracaq və təqsirkar öz cəzasına çatacaq.

Yayılan səsyazısı ilə bağlı qarşı tərəfi dinlədik,Bərdə Rayon Mərkəzi Xəstəxanasın direktor vəzifəliyini icra edən Vüsal Məmmədov bildirdi ki
"Məsələ prokrorluqda araşdırılır,Bağırova Yeganə Kamal qızı işindən yayındığına görə işdən uzaqlaşdırılıb.İş vaxtı çıxıb gedib xəstəxanadan kənarda,aptekin,marketin arxasında kiməsə iynə vurub.Bu əməlinə görə bu iş protokollaşdırılıb töhmət verilib.Təkim olunduğu ərazidən normal öz ştatusu üzrə yerinə gətirilib,bunada etiraz olaraq işə gəlmir.Hal hazırda da bildirişi verilib,onunla bağlanmış müqaviləyə xitam veriləcək.Əməlinə don geyindirmək üçün başqa addımlar atır.Əlində fakt varsa müraciət edə bilər hüquq muhafizə orqanlarına.Beş ildir bu vəzifədəyəm heçkim məni bu məsələlərlə bağlı ittiham edə bilməz"

Sosial şəbəkələrdə yayılan səs yazılarını fakt olaraq diqqətinizə çatdıracağıq.


Bizi izləyin,ardı var.....
Популярный ролик