Tahir Kazımov təqaüdə göndərildi - FOTO
- 17.09.2025, 08:50,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Tahir Kazımov təqaüdə göndərilib.
Telexeber.az xəbər verir ki, tanınmış hakim yaş həddi ilə bağlı fəaliyyətini yekunlaşdırıb.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik fəaliyyətinə başladığını diqqətə çatdırıb.
Sonda Tahir Kazımov Məhkəmə-Hüquq Şurasının Fəxri döş nişanı ilə təltif olunub.
Qeyd edək ki, Tahir Kazımov prokurorluq orqanlarında işləyən vaxtlarda “OMON hadisələri”, “Oktyabr hadisləri” kimi səs-küylü cinayət işlərinin istintaq qrupuna rəhbərlik edib.