Bakı şəhəri 28 saylı Birləşmiş Şəhər Xəstəxanasında pasiyentlərin sağlamlığı ilə bağlı narahatlıq doğuran iddialar gündəmə gəlib.


Şəhər sakinlərinin bildirdiyinə görə,bəzi həkimlər xəstələrə müalicə məqsədi ilə yalnız müəyyən firmaların dərmanlarını təklif edir və bu dərmanları başqa yerlərdən almağa icazə vermirlər.
Məlumatlara görə,həmin firmaların nümayəndələri tez-tez xəstəxanaya daxil olur,həkimlərlə "görüşlər" keçirir və nəticədə xəstələrə məhz həmin dərmanların yazılması tövsüyə olunur.İddialara əsasən,bu vəziyyət bəzən xəstənin vəziyyəti və real ehtiyacları nəzərə alınmadan,maddi maraq əsasında həyata keçirilir.
Ekspertlərin fikirincə,bu kimi hallar təkcə pasiyentlərin sağlamlığına deyil,həm də səhiyyə sisteminə olan ictimai inama ciddi ciddi zərbə vurur.Əgər həkim qərarını tibbi göstərişə yox,kommersiya marağına əsasən verirsə,bu artıq peşə etikası və insan sağlamlığına qarşı məsuliyyətsizlik sayılır.
28 saylı Birləşmiş Şəhər Xəstəxanasının pasiyentləri bildirirlər ki,məsələ təkcə həkimlərin deyil,xəstəxananın idarəçiliyi və təhlükəsizlik xidmətinin də məsuliyyət dairəsinə daxildir.Çünki bu kimi halların qarşısını almaq,xəstəxananı komersiya meydanına çevrilmədən qorumaq birbaşa rəhbərliyin borcudur.
Bu iddialarla bağlı aidiyyəti dövlət qurumlarının araşdırma aparacağına və məsələyə hüquqi qiymət veriləcəyinə ümid edilir.Çünki xəstəxananın əsas məqsədi hər bir vətəndaşın sağlamlığını qorumaq olmalıdır-mənfəət deyil.
Популярный ролик