"Mehdiyev Azərbaycan əlifbasını bilmir" - Misir Mərdanov
- 22.10.2025, 08:57,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

"Ramiz Mehdiyevin heç bir elmi nəticəsi yoxdur. Onu bunu vəzifəyə qoymaqla, deputat seçdirməklə (məşğul olub -red.). Çoxları üzünə durdu ki, mən yazmışam. Kitabların, məqalələrin hamısını başqa adam yazıb".
Telexeber.az-ın məlumatına görə, bu sözləri AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanov "Bakupost"a videomüsahibəsində deyib.
O qeyd edib ki, Ramiz Mehdiyev Azərbaycan əlifbasını oxuya bilmir:
"Vəzifəli adam dedi ki, o Azərbaycanın indiki əlifbasını oxuya bilmir heç. Köhnə rus əlifbası ilə oxuyur. Ona görə hansı elmdən söhbət gedə bilər?".