AZAL təyyarəsinin ekipaj üzvlərinin xatirəsinə büst ucaldıldı - FOTO
- 28.10.2025, 10:01,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Ötən ilin dekabr ayında təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin məzar daşı hazırlanıb.
Telexeber.az unikal.az-a istinadən xəbər verir ki, gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın II Fəxri xiyabandakı məzarları üzərində büstləri qoyulub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
