Bakıda II Təchizat Zənciri Liderləri Zirvəsi keçiriləcək
- 04.11.2025, 09:03,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Noyabrın 15-də Bakıda II “Təchizat Zənciri Liderləri Zirvəsi 2025” keçiriləcək.
"Rmedia"nın rəsmi media tərəfdaşı olduğu Zirvə “Admedia” və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə Gülüstan Sarayında ölkəmizdə ikinci dəfə keçiriləcək II Təchizat Zənciri Liderləri Zirvəsi Azərbaycanın strateji təchizat sektorunda mühüm dönüş nöqtəsi olmağa hazırlaşır. Zirvə dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və qabaqcıl şirkətləri bir araya gətirərək, sahə üzrə aktual tendensiyalar, rəqəmsal transformasiya və idarəetmədə dayanıqlılıq mövzularında fikir mübadiləsi platforması yaradacaq.
Tədbirin məqsədi təchizat zəncirinin idarə edilməsində peşəkarlığın artırılması, innovativ yanaşmaların təşviqi və dövlət–özəl sektor əməkdaşlığının daha da gücləndirilməsidir. Zirvə çərçivəsində üç əsas panel müzakirəsi keçiriləcək.
"Dayanıqlı gələcəyə doğru birlikdə" konsept mesajı ilə keçiriləcək tədbir həm də Azərbaycanın qlobal bazarda rəqabət qabiliyyətini artırmağa yönəlik yeni təşəbbüslərin müzakirəsi üçün unikal bir imkan yaradacaq.
Tədbir iştirakçıları təchizat zəncirində ekoloji, iqtisadi və sosial davamlılıq baxımından yeni yanaşmaları müzakirə edərək, sahənin gələcəyinə yön verəcək ideyalar paylaşacaqlar.