Ötən gün törədilən cinayətlərin sayı açıqlandı
- 29.11.2025, 11:24,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Telexeber.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb
Axtarışda olduğu üçün ümumilikdə 341, o cümlədən borclu şəxs qismində axtarışda olan 319 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.