Biləcəri Enerji Təchizatı və Satışı Sahəsinin nəzarət sektorunda nələr baş verir?
- 23.12.2025, 10:33,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Biləcəri Enerji Təchizatı və Satışı Sahəsinin əsas vəzifəsi enerji təchizatının satışının həyata keçirilməsini təmin etməkdən ibarətdir.Ancaq bu quruma hal hazırda rəhbərlik edən Məmmədov Arif Yaqub oğlunun xidmətindən abonentlər narazıçılıq edir.
Bu barədə Telexeber.az a çox sayda müraciətlər daxil olub.Müraciətdə ən çox nəzarət sektoruna özünə məxsus şəkildə nəzarət edən Rasim müəllimin iş fəaliyyətindən narazıçılıq edilir və bu narazıçılığa Biləcəri Enerji Təchizatı və Satışı Sahəsinin bir çox işçi heyyətidə qoşulmaqdadır.
Rasim müəllim tərəfindən Şəhid ailələrinə,Qazilərimizə,veteranlarımıza və az təminatlı abonentlərə heç bir güzəşt olunmur.Bir balaca borc qabaran kimi Rasim müəllimin əmri ilə xətt dərhat kəsilir.Rasim müəllimin hökümranlığı oqədər təsir edici qüvvəyə malikdir ki,işçilər adlarının çəkilməməsi üçün dönə dönə xahiş etdilər və bildirdilər ki,bu şəxs demək olar ki bizi boğaza yığıb,canımızdan bezdirib.Pensiya yaşı gəlib keçir ancaq nədənsə iş fəaliyyətini davam etdirir.Arif Məmmədov bu vəziyyətə bilərkdən susursa deməli məsələ elə düşündüyümüz kimidi,Rasim müəllimin bu sərbəstliyinin arxasında Arif Müəllim durur.
"Azərişıq" ASC-nin sədri Vüqar müəllimdən xahiş edirik, qorxudan dili tutulmuş,şikayətlərini doğru dürüst edə bilməyən Biləcəri Enerji Təchizatı və Satışı Sahəsinin nəzarət sektorunun əmək sevər işçi heyyətinə bu barədə dəstək olsun.
Ardı var...