Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM
- 09.02.2026, 15:16,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Telexeber.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.