Nazirin 3 müavini işdən çıxarıldı
- 15.02.2026, 10:37,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.
Telexeber.az Manşet.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.
Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Sayt yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.

