
Ötən ilin yayında Bakının Suraxanı rayonunda, Zığ şosesi yaxınlığında baş verən yanğın nəticəsində 863 ağac məhv olub. Hadisə ilə bağlı məhkəmə prosesi başa çatıb, lakin məsuliyyət məsələsi hələ də müzakirə olunur.
Bakı Abadlıq Xidməti MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva Telexeber.az-a açıqlamasında bildirib ki:
Təqsirləndirilən şəxs MMC-nin bağbanı deyil, hadisə baş verən ərazi MMC-yə aid deyil.
Əməkdaşlar istintaq zamanı izahat veriblər, lakin MMC-nin özü nə cərimə ödəmiş, nə də məsuliyyətə cəlb olunub.
Təqsirləndirilən şəxsin adı abreviatur şəklində verilib, hansı quruma aid olduğu hələlik məlum deyil.
Lalə Əliyeva vurğulayıb:
“Biz bu məsələdə heç bir məsuliyyət daşımırıq. Abreviatur şəklində adlar açıqlansa, hansı qurumun əməkdaşı olduğunu biləcəyik.”
Ekspertlər bildirirlər ki, 863 ağacın məhv olması şəhərin ekoloji balansına ağır zərbədir. Hadisə bir daha göstərir ki, yaşıllaşdırma sahələrində təhlükəsizlik və nəzarət qaydalarına ciddi əməl olunmalıdır.