
Bakı, Binəqədi – Bu gün Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Zamanov Elmin Elbəyi oğlu doğum gününü qeyd edir.
Elmin müəllim yalnız nümunəvi rəhbər deyil, həm də gözəl ailə başçısıdır. O, xalqına və millətinə xidmət edən, vəzifə səlahiyyətləri çərçivəsində hər kəsə kömək əlini uzadan nadir rəhbərlərdən biridir. Bu cür səmimi və vətəndaş yönümlü rəhbərlər azdır və Binəqədi sakinləri onu böyük hörmət və rəğbətlə qarşılayır.
Rayon sakinləri, həmkarları və birliyin kollektivi Elmin müəllimi ürəkdən təbrik edir, ona sağlamlıq, xoşbəxtlik və işlərində yeni uğurlar arzulayır. Onun rəhbərliyi altında birliyin fəaliyyəti ildən-ilə daha da təkmilləşir, kommunal xidmətlər sakinlər üçün daha əlçatan və səmərəli olur.
Telexeber.az kollektivi də bu təbrikə qoşulur və Elmin Zamanova ən xoş arzularını çatdırır, onun həm işdə, həm də ailədə uğurlu, dəyərli və nümunəvi həyatının davamlı olmasını diləyir.