Yaşar Salahov: “31 Mart soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək” – 108 il ötür


Bu gün Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biri olan 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ildə baş vermiş bu dəhşətli hadisələrdən 108 il ötür. Hər il olduğu kimi, bu il də ölkəmizin müxtəlif qurumlarında, o cümlədən paytaxt Bakıda fəaliyyət göstərən idarə və təşkilatlarda soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktor müavini Yaşar Salahov da bu münasibətlə fikirlərini bölüşərək bildirib ki, 31 mart hadisələri Azərbaycan xalqına qarşı məqsədli şəkildə törədilmiş kütləvi qırğın siyasətinin bariz nümunəsidir.

Onun sözlərinə görə, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhəri ilə yanaşı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə minlərlə günahsız insan amansızlıqla qətlə yetirilib, yaşayış məntəqələri yerlə-yeksan edilib, mədəni və dini abidələr dağıdılıb:


“Bu hadisələr təkcə tariximizin faciəli səhifəsi deyil, eyni zamanda xalqımıza qarşı həyata keçirilmiş soyqırımı siyasətinin açıq təzahürüdür. Biz bu həqiqətləri unutmamalı, gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq.”

Yaşar Salahov qeyd edib ki, müstəqil Azərbaycan dövləti bu tarixi həqiqətlərin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm addımlar atır. Xüsusilə Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması bu istiqamətdə atılmış mühüm addımlardan biridir.

O, həmçinin vurğulayıb ki, bu gün İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli işlər davam etdirilir:

“Bu cür tarixi faciələrin unudulmaması və təkrarlanmaması üçün hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Xalqımızın başına gətirilən bu müsibətlər heç vaxt yaddaşlardan silinməyəcək.”

Direktor müavini əlavə edib ki, Bakı şəhərində aparılan abadlıq və yaşıllaşdırma işləri zamanı da şəhidlərin xatirəsinə xüsusi həssaslıqla yanaşılır, xatirə komplekslərinin ətrafı daim diqqətdə saxlanılır və qorunur.

Qeyd edək ki, 31 Mart soyqırımı qurbanlarının xatirəsi ölkə daxilində və xaricdə yaşayan soydaşlarımız tərəfindən hər il anılır, müxtəlif tədbirlər, konfranslar və anım mərasimləri keçirilir.

Telexeber.az olaraq, biz də bu faciənin qurbanlarını dərin ehtiramla yad edir, xalqımıza səbir diləyirik.
  • Нравится
  • 0
  • Deneen
  • 31-03-2026, 12:13
  • : 12:13
It's hard to come by well-informed people on this topic, however,
you sound like you know what you're talking about!
Thanks

Review my web page ... bokep Jawa
действия
Популярный ролик