Mirələm Calalov Astana konfransında Azərbaycanı təmsil edib - Foto

Astana şəhərində keçirilən beynəlxalq konfransda Azərbaycanı Mirələm Calalov təmsil edib.

Telexeber.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astana şəhərində “Xəstəxanayaqədərki və hospital mərhələlərində ürək-ağciyər reanimasiyasına müasir yanaşmalar” adlı beynəlxalq konfrans baş tutub.
Tədbirdə Azərbaycan Respublikasını Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov təmsil edib. O, konfrans çərçivəsində “Kardiogen şoklu pasiyentlərin xəstəxanayaqədər mərhələdə erkən stabilləşdirilməsində tele-tibbi dəstəyin rolu” mövzusunda çıxış edib və təcili tibbi yardım sahəsində innovativ yanaşmalar barədə təcrübəsini bölüşüb. Konfrans zamanı ağır və kritik vəziyyətdə olan pasiyentlərin erkən diaqnostikası və idarə olunmasında innovativ yanaşmaların inkişafına verdiyi töhfələrə görə Mirələm Calalov Qazaxıstan Respublikası Təcili Tibbi Yardım Assosiasiyası tərəfindən “Üzdik qızmetker” (əlaçı işçi / üstün xidmət) nişanı ilə (vəsiqə № 608) təltif olunub. Qeyd edək ki, tədbir müxtəlif ölkələrdən aparıcı mütəxəssisləri bir araya gətirərək ürək-ağciyər reanimasiyası sahəsində ən son yeniliklərin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Mirələm Calalov tərəfindən “Xəstəxanayaqədərki mərhələdə kardiogen şoklu xəstələrin erkən stabilləşdirilməsində tele-tibbi dəstəyin rolu” mövzusunda elmi məqalə beynəlxalq nəşrdə dərc olunub.

Tədqiqatda kardiogen şok kimi həyati təhlükəli vəziyyətlərdə xəstəxanayaqədərki mərhələdə tele-tibbi dəstəyin rolu, erkən müdaxilənin effektivliyi geniş şəkildə təhlil edilib. Məqalə təcili tibbi yardım xidmətlərinin keyfiyyətinin artırılması və innovativ texnologiyaların tətbiqi baxımından mühüm elmi əhəmiyyət daşıyır.

  • Нравится
  • 0
  • Tam
  • 03-04-2026, 15:43
  • : 15:43
What's Going down i'm new to this, I stumbled upon this
I have found It absolutely helpful and it has aided me out loads.

I'm hoping to give a contribution & assist other users like its aided me.

Good job.

Look into my homepage; Los Angeles Drug Posession Lawyer
действия
  • Нравится
  • 0
  • Vallie
  • 04-04-2026, 07:20
  • : 07:20
Hi there, just wanted to mention, I enjoyed this blog
post. It was funny. Keep on posting!

my blog Los Angeles Gun Crime Lawyer
действия
Популярный ролик