Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi keçirildi
- 04.04.2026, 10:19,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Qars vilayətinin Sarıqamış rayonunda Türkiyə və Azərbaycanın hərbçilərinin iştirakı ilə "Sarsılmaz Qardaşlıq - 2026" təlimi keçirilib.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında məlumat paylaşılıb.
"Türkiyə və Azərbaycan hərbi personalının iştirakı ilə 3-cü Ordu Simulyasiya Dəstəkli Tədris və Təlim Mərkəzində "Sarsılmaz Qardaşlıq - 2026" təlimi uğurla həyata keçirilib", - məlumatda bildirilib.
Qeyd edək ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri "Heydər Əliyev-2026" təlimində iştirak etmək üçün aprelin 2-dən Türkiyədə səfər edib.