Daha iki ölkə İranla müharibəyə qoşuldu
- 04.04.2026, 10:32,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu pilotsuz təyyarə Şirazın Hafiz və Sədi şəhərləri üzərində cəsur silahlı qüvvələrimiz tərəfindən vurulub.
Telexeber.az bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai paylaşdığı fotoya yazıb.
“Bu, bəzi regional dövlətlərin ABŞ-ın və İsrailin İrana qarşı təcavüzü və müharibə cinayətlərində birbaşa iştirakının və daha bir sübutu ola bilər. Bu pilotsuz təyyarədən istifadə edən iki regional dövlətin hər birindən izahat almalıyıq!", - deyə o qeyd edib.
Bəqai işarə etdiyi iki dövlətin adını açıqlamayıb.