Daha iki ölkə müharibə astanasında: Sərhədi keçən təyyarə vuruldu
Facebook
Вконтакте
Одноклассники
Google+

Ruanda ordusu ölkənin hava məkanını pozan Konqo Demokratik Respublikasının döyüş təyyarəsini vurub.
Telexeber.az xəbər verir ki, bu barədə Ruanda mediası məlumat yayıb. Bildirilir ki, təyyarə 3 dəfə sərhədi pozub. Ruanda ordusunun təyyarəni vurmasından sonra pilot Konqo Demokratik Respublikasının Qoma şəhərinə məcburi eniş edib. Təyyarəyə ciddi zərər dəyib.
Qeyd edək ki, Ruanda və Konqo Demokratik Respublikası bir-birilərini daxili işlərinə müdaxilə etməkdə ittiham edir. Buna görə də, iki ölkə arasında gərginlik var.