Zamin Abbasova qarşı sifarişli qarayaxma kampaniyası kimlərin marağına xidmət edir?


Son günlər Beyləqan rayonunda sahibkar və xeyriyyəçi kimi tanınan Abbasov Zamin Lütfəli oğluna qarşı sosial şəbəkələrdə aparılan kampaniya artıq açıq-aşkar sifarişli qarayaxma xarakteri daşıyır.

İllərlə xalqın içində olan, qazancının böyük hissəsini ehtiyacı olanlara sərf edən, şəhid ailələrinə, qazilərə dayaq duran bir insanın birdən-birə hədəfə çevrilməsi təsadüf sayıla bilməz. Bu, açıq şəkildə maraq toqquşmasının, paxıllığın və kölgə oyunlarının nəticəsidir.

Məlumata görə, Ələt–Horadiz dəmir yolu layihəsi çərçivəsində qum-çınqıl təminatının müəyyən hissəsinin Zamin Abbasova həvalə olunması bəzi dairələri ciddi narahat edib. İddia olunur ki, xüsusilə İmişli və Füzuli rayonları ərazisində fəaliyyət göstərən bəzi karyer sahibləri və bu sahədə çalışan sahibkarlıq dairələri layihədə yer almamalarından narazı qalıb və bundan sonra qeyri-sağlam rəqabət mühiti formalaşıb.

Məhz bu narazılığın fonunda “kişilikdən uzaq” üsullara əl atıldığı, sosial şəbəkələrdə anonim, sübutsuz və məqsədli böhtan kampaniyasının başladıldığı bildirilir.

Sual olunur: əgər ortada fakt varsa, niyə açıq şəkildə ortaya qoyulmur? Niyə gizli profillərin, vasitəçilərin arxasında gizlənərək insan nüfuzu hədəfə alınır? Bu, nə cəmiyyətə, nə də kişi adına sığan davranışdır.

Beyləqan sakinləri isə bu çirkin kampaniyaya birmənalı şəkildə etiraz edir. Rayon ictimaiyyəti yaxşı bilir ki, Zamin Abbasov kimdir, hansı ailənin övladıdır və bu günə qədər kimlərə dayaq olub. Onun adı illərdir xeyriyyəçilik, mərhəmət və sözünün üstündə duran insan kimi çəkilib.

Bu gün isə görünən odur ki, bəzi maraqlı tərəflər öz acizliyini gizlətmək üçün şər və böhtanı silaha çeviriblər. Lakin unudurlar ki, nüfuz illərlə qazanılır və bir neçə saxta paylaşım ilə dağıdılacaq qədər zəif deyil.

Mətbuat olaraq açıq şəkildə bəyan edirik: kiminsə arxasınca gizlənərək, sifarişli yazılarla insan ləyaqətinə hücum etmək nə jurnalistikadır, nə də insanlıq. Əgər iddianız varsa – çıxın ortaya, fakt qoyun, sübut təqdim edin!

Eyni zamanda bildiririk ki, sosial şəbəkələrdə paylaşılmış bəzi videomateriallarda bu kampaniyanın sifariş xarakteri daşıdığına dair açıq məqamların olduğu iddia olunur. Həmin faktların araşdırılması üçün tərəfimizdən aidiyyəti dövlət qurumlarına rəsmi sorğu ilə müraciət ediləcək.

Əks halda bu çirkin kampaniya yalnız onu təşkil edənlərin kimliyini və niyyətini ifşa edir.
  • Нравится
  • 0
  • Brodie
  • 06-04-2026, 05:08
  • : 05:08
Its like you read my mind! You seem to know so much about this, like you wrote
the book in it or something. I think that you can do with a
few pics to drive the message home a bit, but other than that, this
is magnificent blog. An excellent read. I will definitely be back.


Also visit my page :: Los Angeles
Domestic Violence Lawyers
действия
  • Нравится
  • 0
  • Sanora
  • 14-04-2026, 23:59
  • : 23:59
acne meds rx; acnemedsrx.com,
действия
Популярный ролик